Prezidentdən yeni sərəncam - Çoxarvadlılıq ləğv edilsin

Hit: 982
Prezidentdən yeni sərəncam - Çoxarvadlılıq ləğv edilsin
Türkmənistanın mülki məcəlləsinə yeni dəyişiklik edilib.

Faktor.az xəbər verir ki, yeni qanunla çoxarvadlılıq qadağan edilib. Bu barədə “Neytral Türkmənistan” qəzeti məqalə dərc edib.

Qəzetdə ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun imzaladığı qanun layihəsinin mətni dərc edilib.

Qeyd edilir ki, çoxarvadlılıq deyəndə iki və ya daha çox qadınla eyni anda yaşamaq və birgə təsərrüfata sahib olmaq nəzərdə tutulur. Qanun 2018-ci ilin 1 sentyabr tarixində qüvvəyə minəcək.

Qeyd edək ki, əvvəldən də çoxarvadlılıq Türkmənistanda cinayət əməli hesab edilirdi. Cinayət məcəlləsinə əsasən, belə hallar aşkar edildikdə şübhəli şəxs ya cərimə ödəyir, ya da 2 il müddətinə islah işlərinə cəlb edilir.









Redaktorun seçimi