Ərdoğanın reytinqi aşağı düşdü

Hit: 533
Ərdoğanın reytinqi aşağı düşdü

“Tayms” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi karyerasında ilk dəfə reytinqlərinin aşağı düşdüyünü yazıb.

Faktor.az xəbər verir ki, qəzetdə 24 iyun Türkiyə prezident seçkiləri ilə bağlı yayımlanan məqalədə Ərdoğanla bağlı xüsusi anket də təqdim edilib. Anketdə qeyd olunub ki, əgər 2015-ci ildə Türkiyə prezidentini dəstəkləyənlər 50.1 faiz təşkil edirdisə, hazırda bu rəqəm 48.3 faizə enib.

Qəzetdə Türkiyə iqtisadiyyatının hazırkı vəziyyətinin, eləcə də türk lirəsinin son vaxtlar dollar qarşısında zəifləməsinin prezidentə olan inamın azalmasında ən önəmli faktor olduğu qeyd edilib.









Redaktorun seçimi