ABŞ-da sərgidə atışma: 20 nəfər yaralanıb - YENİLƏNİB

Hit: 246
ABŞ-da sərgidə atışma: 20 nəfər yaralanıb - YENİLƏNİB

17:45

ABŞ-ın Nyu-Cersi ştatında "Art All Night" sərgisində baş verən atışma nəticəsində 20 nəfər xəsarət alıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, atəş açan şəxs ölüb. Hadisə Trenton şəhərində yerli vaxtla 03:00-da baş verib.

Merser dairəsinin prokuroru Andjelo Onofri bildirib ki, xəsarət alan 20 nəfərdən 16-ı пüllə yaraları alıb, onlar yerli xəstəxanalara çatdırılıb.

Prokurorun sözlərinə görə, atışmada iştirakına görə şübhəli bilinən daha bir nəfər saxlanılıb. Hadisənin səbəbləri hələlik məlum deyil.

--------

15:35

Bu gün ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində sərgidə atışma olub, bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Faktor.az APA-ya istinadən bildirir ki, bu barədə "Trentonian" qəzeti polisə istinadən məlumat yayıb.

Hadisə yerli vaxtla saat 3.00 radələrində 24 saat fəaliyyət göstərən gündəlik sərgidə baş verib. Polis atışma nəticəsində 1 nəfərin öldüyünü təsdiqləyib, yaralıların sayının isə dəqiqləşdirildiyini bildirib. Polis leytenantı Darren Zappli deyib ki, 6, yaxud 7 yaralı ola bilər.

Atışmanın səbəbi məlum deyil. Sərgidə atış açdığı ehtimal olunan bir neçə şübhəli var. Hadisə zamanı sərgidə olan polislər cavab atəşi açıblar.









Redaktorun seçimi