Paşinyan Qarabağdadır - YENİLƏNİB - FOTOLAR

Hit: 675
Paşinyan Qarabağdadır - YENİLƏNİB - FOTOLAR

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa işgüzar səfər edib.

Faktor.az NEWS.am-a istinadla xəbər verir ki, Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyan və qondarma “DQR”-in üzvləri ilə birlikdə “Surb Vardanank” kilsənini ziyarət edib.

 

13:13

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedəcək.

Faktor.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Arman Eqoyan məlumat verib.

Hazırda səfərin hansı məqsədlə baş tutacağı bilinmir. Detallar barədə sonra məlumat veriləcək.









Redaktorun seçimi