Bayram yasa döndü, 32 ölü, 259 yaralı var - Yol qəzası

Hit: 8204
Bayram yasa döndü, 32 ölü, 259 yaralı var - Yol qəzası

 İyunun 14-dən bu saata qədər baş vermiş 36 yol qəzasında 32 nəfər ölüb, 259 nəfər yaralanıb.

Ramazan bayramı günlərində bölgələrə, yaxınlarını görməyə gedən insanlar yüksək sürət, yuxusuzluq və diqqətsizlik üzündən ağır qəzaların qurbanı olublar. 

İyunun 14-də Qaziantəp, Manisa, Balıkəsir, Niğdə, Antaliya, Adıyaman, Elazığ, Dənizli, Kütahya, Burdur, İzmir, Ankara, Kocaeli, Yalova, Adana, Ordu və Qəhramanmaraşda baş vermiş 23 yol qəzasında 22 nəfər ölüb, 70-i isə yaralanıb.

Ramzan bayramının birinci günü isə Adana, Çorum, Karaman, İstanbul, Ərzincan, Budur, Dənizli, Diyarbəkir, Kocaeli, Ədirnə və Muşdakı 13 qəzada 10 nəfər ölüb, çox sayda insan yaralanıb.

Beləliklə, iyunun 14-dən bu gün səhər saatlarına qədər yol qəzalarında ölənlərin sayı 32 nəfərə çatıb. 









Redaktorun seçimi