Selfi çəkmək istərkən yıxılıb öldü
Ukraynanın Dnepr şəhərindəki restoranlardan birində faciə baş verib.
Faktor.az lent.az-a istinadən xəbər verir ki, restoranda selfi çəkmək istəyən 25 yaşlı qız yıxılaraq ölüb.
Hadisə iyunun 10-da olub. Restoranın müştərilərindən olan xanım pilləkanlarla aşağı düşərkən qəflətən yıxılıb. O, boyun fəqərəsindən ağır xəsarət alıb. Restorana həkim çağırılsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı təhqiqat aparılır.