Pensiya yaşı artırılır

274 dəfə oxunub
Pensiya yaşı artırılır

Rusiya baş naziri Dmitri Medvedev hökumətin iclasında pensiya islahatlarından danışıb. 

Faktor.az xəbər verir ki, ölkədə pensiya yaşının artırılması 2019-cu ildən başlayacaq və kişilər üçün 2028-ci ildə, qadınlar üçün 2034-cü ildə bitəcək. 

Yaxın illərdə pensiya yaşına çatanlar üçün xüsusi qaydalar tətbiq ediləcək. 

1959-cu ildə doğulmuş kişilər və 1964-cü ildə doğulmuş qadınlar 2020-ci ildə 61 və 56 yaşlarında təqaüdə çıxa biləcək. 1960-cı ildə doğulmuş kişilər və 1965-ci ildə doğulmuş qadınlar 2022-ci ildə 62 və 57 yaşlarında pensiyaya çıxacaq. 

Dmirti Medvedev qeyd edib ki, pensiya yaşını dəyişmədən Vladimir Putinin pensiyaların artırılması əmrini yerinə yetirmək mümkün olmayacaq.



Redaktorun seçimi