Hindistanda sürüşmə 4 nəfəri öldürdü, 8 nəfər torpaq altında itdi

36 dəfə oxunub
Hindistanda sürüşmə 4 nəfəri öldürdü, 8 nəfər torpaq altında itdi

Hindistanda torpaq sürüşməsi baş verib.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, ölkənin cənubundakı Kerala ştatındakı sürüşmə nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. Daha 8 nəfərin isə torpaq altında qalaraq itkin düşdüyü deyilir.

Torpaq sürüşməsinə isə bir neçə gündür aramsız yağan yağışlar səbəb olub. Sürüşmə ərazisində 5 yaşayış evi tamamilə dağılıb.

Hazırda təbii fəlakət baş verən ərazidə xilasedicilər işləyir. İtkin düşmüş şəxslərin axtarışı aparılır.


loading...
loading...

Redaktorun seçimi