SON DƏQİQƏ - O bölgə qaranlığa qərq oldu

98 dəfə oxunub
SON DƏQİQƏ - O bölgə qaranlığa qərq oldu
Rusiyanın Ukraynadan zorla aldığı Krımda elektrik enerjisi tamamilə kəsilib.
 
Faktor.az xəbər verir ki, yerli hökumət rəsmisi Sergey Aksyonov sosial şəbəkələrdən yaydığı açıqlamada, problemin Rusiyanın cənubunda yerləşən Taman bölgəsindəki elektrik stansiyasında yaşanan qəzadan qaynaqlandığını bildirib. Aksyonovun sözlərinə görə, 3 saat ərzində bölgə elektrik enerjisi ilə təmin ediləcək.
 
2014-cü ildə Ukrayna prezidenti Viktor Yanukoviçə qarşı baş qaldıran etirazlar ölkədə daxili müharibənin başlamasına səbəb olmuşdu. Rusiya Krımı işğal edərək, Ukraynadakı etirazlara cavab vermişdi. Qərb isə Rusiyanı sanksiyalarla cəzalandırmışdı.
 
Banu//Faktor.az


loading...
loading...

Redaktorun seçimi