İstanbulda İŞİD əməliyyatı - 8 canlı bomba həbs edildi

123 dəfə oxunub
İstanbulda İŞİD əməliyyatı - 8 canlı bomba həbs edildi
Türkiyənin İstanbul şəhərində İŞİD əməliyyatları zamanı 8 şübhəli şəxs həbs edilib.
 
Faktor.az xəbər verir ki, Terrorla Mübarizə Şöbəsi İŞİD adına fəaliyyət göstərən, əvvəllər qarşıdurma olan bölgələrə gedərək canlı bomba təlimi alan və hərəkat hazırlığında olan 11 şübhəlinin ələ keçirilməsi üçün əməliyyat başladıb. İstintaq çərçivəsində Sultanbeyli, Beylikdüzü, Sancaktepe, Ümraniye, Maltepe, Eyüp Sultan, Bahçelievler, Esenler və Arnavutköyə eyni anda basqın edən qruplar 8 şübhəlini həbs edib.
 
Şübhəlilərin polis bölməsindəki istintaqlarının davam etdiyi, digər 3 şəxsin də axtarıldığı bildirilib.
 
Banu//Faktor.az



Redaktorun seçimi