İranda güclü zəlzələ olub

102 dəfə oxunub
İranda güclü zəlzələ olub

İranın cənub-şərq bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.

Faktor.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yerli vaxtla saat 21:17-də qeydə alınan yeraltı təkanların episentri Kirman şəhərindən 149 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.



Redaktorun seçimi