Ərdoğan qalib gəldi

334 dəfə oxunub
Ərdoğan qalib gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Man adaları” iddiaları ilə bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı iddia qaldırdığı məhkəmə prosesində qalib gəlib.

Faktor.az xəbər verir ki, məhkəmə Kılıçdaroğlunun şikayətçilərə 142 min türk lirəsi məbləğində mənəvi təzminatı faizi ilə birlikdə ödəməsinə qərar verib.

CHP sədri Kamal Kılıçdaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun yaxınlarını Man adalarında yerləşən şirkətə külli miqdarda pul köçürməkdə ittiham etmişdi.

Faktor.az


loading...
loading...

Redaktorun seçimi