Böyük xaos - Peşmərgələr küçələrə axışdı

133 dəfə oxunub
Böyük xaos - Peşmərgələr küçələrə axışdı
İraq seçkilərində verdikləri səslər ləğv edildiyi üçün peşmərgə qüvvələri küçələrə axışıb.
 
Faktor.az xəbər verir ki, İraq Kürd Regional Muxtariyyətinə bağlı minlərlə peşmərgə, "Bu xəyanəti unutmayacağıq" şüarları ilə etiraz başladıblar. Etirazçılar adından mətbuata açıqlama verən Celal Şeyx Naci İraq Məclisinin iyunun 6-da verdiyi qərara reaksiya göstərərək, "Minlərlə qurban verən insanları haqqlarından məhrum etmək qəbul ediləcək hadisə deyil. İraq Məclisinin qərarını qınayırıq" deyib.
 
Qərarın ləğv edilməsi üçün bütün qanuni yollara müraciət etdiklərini bildirən Naci, "Bizlər Peşmərgə gücü olaraq, bu düşməncə planı rədd edir və İraq məhkəməsindən bu qərarın ləğvini istəyirik", - deyə əlavə edib.
 
Banu//Faktor.az



Redaktorun seçimi