Kaliforniyanın parçalanacağı tarix bəlli oldu

73 dəfə oxunub
Kaliforniyanın parçalanacağı tarix bəlli oldu

ABŞ-ın ən böyük əyalətlərindən olan Kaliforniya ştatı üç ayrı ştata parçalanacaq.

Faktor.az xəbər verir ki, məsələ ilə bağlı noyabrın 6-da səsvermə keçiriləcək. Bu barədə Kaliforniya ştatının katibi Aleks Padilla deyib.

Amerikalı investor Tim Dreyper tərəfindən irəli sürülən təşəbbüsə görə, Kaliforniya ştat mərkəz, cənub və şimal ştatlarına bölünməlidir. Yeni ştatlara vətəndaşların ad verməsi gözlənilir. Layihənin həmçinin Konqres tərəfindən təsdiqlənməsinə də ehtiyac var.

Faktor.az


loading...
loading...

Redaktorun seçimi