Tramp - "Gecə rahat yatın, nüvə təhdidi yoxdur"

75 dəfə oxunub
Tramp - "Gecə rahat yatın, nüvə təhdidi yoxdur"
"Artıq Şimali Koreyada nüvə təhdidi yoxdur. Kim Çen Inlə müzakirə aparmaq çox maraqlı və müsbət idi. Şimali Koreyanın gələcək potensialına çox böyük ümidlərim var".
 
Faktor.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp "Twitter" hesabından yazıb.
 
Tramp, "Uzun səfərdən yeni qayıtmışam. Lakin indi hər kəs hakimiyyətə gəldiyim gündən özlərini daha təhlükəsiz hiss edə bilər. Artıq Şimali Koreyadan nüvə təhdidi yoxdur", - deyə əlavə edib.
 
Banu//Faktor.az



Redaktorun seçimi