"Gecə bacımla yatdım, səhər yoldaşı yanımda idi" - Baldızın şok açıqlamaları

211 dəfə oxunub
"Gecə bacımla yatdım, səhər yoldaşı yanımda idi" - Baldızın şok açıqlamaları
Türkiyənin Bursa şəhərində xoşagəlməz hadisə yaşanıb.
 
Faktor.az xəbər verir ki, bacısının həyat yoldaşı gecələr işlədiyi üçün bəzən bacısı ilə qalan B.E. təcavüzə məruz qaldığını bildirib. Belə ki, o, mart ayında bacısının evinə getmək istəmədiyini anasına bildirsə də, anası israr etdiyi üçün hər şeyi deməli olub.
 
16 yaşlı B.E., bacısı və anası deyilənlərin real olub-olmadığını yoxlamaq üçün evə 3 gizli kamera yerləşdiriblər. Bundan sonra bacısının həyat yoldaşı Berk D.-nın qız divanda yatan zaman üzərindəki yorğanı qaldırdığını görüblər.
 
B.E. ifadəsində "Onlarda qalanda Berk D. gəlib yanımda yatırdı. Mən oyananda isə uzaqlaşırdı. Bir dəfə isə bacımla eyni yataqda yatdıq. Səhər bacım işə gedib, mən yuxuda olanda isə Berk D. gəlib yanıma uzanıb. Şoka düşdüm. Baş verənləri anama və bacıma deməyə məcbur oldum" deyib.
 
Məsələ məhkəməyə gedəndən sonra Berk D. "Mən işdən gəlib yerimdə uzanmışam. Onun yataqda olduğunun fərqində belə deyildim" deyərək, haqqında bəraət istəyib.
 
Banu//Faktor.az



Redaktorun seçimi