Yavaş-yavaş insanlığın zəka səviyyəsi azalır

102 dəfə oxunub
Yavaş-yavaş insanlığın zəka səviyyəsi azalır
Dünya miqyasında aparılan İQ testləri insanların zəka səviyyəsinin azaldığını göstərib.
 
Faktor.az xəbər verir ki, bu barədə MedicalXpress portalı məlumat verib. Norveçli alimlər insanların intellekt səviyyələrinin azalmağa başladığını təsbit ediblər. Testdə 1970-2009-cu illərdə də yaşayan norveçlilər tədqiq edilib. Cəmi 730 min testin nəticələri araşdırılıb.
 
XX əsrin ilk yarısında müşahidə olunan İQ artımına "Flynn" deyilirdi. İnsanların ağıllanmağının səbəbləri arasında qidalanma, sağlamlıq və təhsilin yaxşılaşdırılması göstərilmişdi. Lakin norveçli elm adamlarının son tədqiqatı bütün bu nəzəriyyələrin tərsinə dəyişdiyini göstərib.
 
Zəka səviyyəsi təxminən 7 balla hesablanır. İQ-nün azalması ekoloji aspektlərlə yanaşı, insanların həyat tərzindəki dəyişikliklərlə də bağlıdır.
 
Banu//Faktor.az



Redaktorun seçimi