Makedoniyanın adı dəyişdirilir

41 dəfə oxunub
Makedoniyanın adı dəyişdirilir

Makedoniya dövlətinin adı Şimali Makedoniya Respublikasına dəyişdiriləcək.

Faktor.az xəbər verir ki, bunu ölkənin baş naziri Zoran Zayev deyib. "Biz Makedoniyanın mədəni və etnik eyniliyini təsdiqləyəcək tarixi razılaşma əldə etdik", - deyə Zayev bildirib.

Payızda ölkədə adın təsdiqlənməsi məsələsi üzrə referendum keçiriləcək.

Bununla belə "makedoniyalılar" və "Makedon dili" adları olduğu kimi qalacaq.

Bundan əvvəl Yunanıstanın baş naziri Aleksis Çipras bildirib ki, Afina və Skopye Makedoniya Respublikasının yeni adı barədə razılıq əldə edib.

Yunanıstan qonşu dövlətin Makedoniya adını daşımasına etiraz edir. Çünki onun ərazisində də eyniadlı region var.


loading...
loading...

Redaktorun seçimi