İtaliyadan gözlənilməz addım - PKK-ya əsgər göndərir

105 dəfə oxunub
İtaliyadan gözlənilməz addım - PKK-ya əsgər göndərir
İtaliya ordusu PKK terror təşkilatına dəstək olmaq üçün Suriyada yerləşən Deyr əz-Zura əsgər göndərib.
 
Faktor.az xəbər verir ki, etibarlı mənbədən verilən məlumata görə, təxminən bir həftə əvvəl İtaliya əsgərləri Suriyanın şimalındakı işğal edilmiş ərazilərə girib. Əsgərlər Deyr əz-Zurun Ömər neft yatağındakı ABŞ bazasında məskunlaşıblar.
 
Hazırda İtaliya qüvvələri DEAŞ əleyhinə əməliyyatlarda ABŞ və Fransa qoşunlarına dəstək olur. İtaliyalı əsgərlərin hələ ki, döyüşlərdə birbaşa iştirak etməyəcəkləri bildirilib.
 
PKK may ayının əvvəlində ABŞ və Fransanın dəstəyi ilə DEAŞ-a qarşı əməliyyatları yenidən başlatmışdı. DEAŞ-ın qəti cavablarına baxmayaraq, təşkilat hələ ki, irəli gedə bilməyib.
 
Banu//Faktor.az


loading...
loading...

Redaktorun seçimi