CİA-nın keçmiş direktorundan ŞOK İDDİA - “Tramp müvəqqəti…”

118 dəfə oxunub
CİA-nın keçmiş direktorundan ŞOK İDDİA - “Tramp müvəqqəti…”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş direktoru Con Brennan ABŞ prezidenti Donald Trampın müttəfiqlərə qarşı davranışlarına sərt reaksiya göstərib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, Trampı “müvəqqəti rüsvayçılıq” adlandırıb və müttəfiqlərdən səbr etməyi istəyib.

CİA-nın keçmiş direktorunun sözlərinə görə, Trampın davranışları ABŞ-ın qlobal mövqeyi, milli maraqları və ideallarına cavab vermir.

“Müttəfiqlər və dostlar, səbr edin. Cənab Tramp müvəqqəti rüsvayçılıqdır, bir zamanlar bildiyiniz ABŞ geri qayıdacaq”, - o söyləyib.



Redaktorun seçimi