Malayziyadan Şimali Koreyaya jest - Səfirlik yenidən açılacaq

50 dəfə oxunub
Malayziyadan Şimali Koreyaya jest - Səfirlik yenidən açılacaq
Malayziya baş naziri Mahathir Mohamad Malayziyanın Şimali Koreyada yenidən səfirlik açacağını açıqlayıb.
 
Faktor.az xəbər verir ki, Mahathir bu gün ABŞ və Şimali Koreyanın Sinqapurda baş tutan görüşü zamanı Kim Çen Inin səmimiyyətinə şübhə etməməyin önəmini vurğulayıb. Şimali Koreya ilə Malayziya arasındakı əlaqələrin yenidən düzələcəyinə işarə edən Mahathir, "Malayziya Pxenyandakı səfirliyini yenidən açacaq. Şimali Koreya ilə ticarət əlaqələri quracağıq" deyib.
 
Trampın çətin insan olduğunu deyən Mahathir, "Onun siyasətini dəyərləndiririk. Lakin çox tez-tez fikrini dəyişir. Bir gün belə deyir, o biri gün başqa. Bu da bizim onun təklif etdiyi siyasəti anlamağımızı çətinləşdirir", - deyə bildirib.
 
Şimali Koreya lideri Kim Çen Inin ögey qardaşı Kim Çen Nam 2017-ci ildə Malayziyada öldürülmüşdü. Bundan sonra iki ölkə arasındakı gərginlik pik həddə çatmış və Malayziya Şimali Koreyadakı səfirini geri çağırmışdı.
 
Banu//Faktor.az


loading...
loading...

Redaktorun seçimi