Trampdan şok açıqlama - "İnfarkt keçirdi"

96 dəfə oxunub
Trampdan şok açıqlama - "İnfarkt keçirdi"
ABŞ prezidenti Donald Tramp baş iqtisadçısı Larri Kadlounun infarkt keçirdiyini bildirib.
 
Faktor.az xəbər verir ki, Tramp bu gün Sinqapurda Şimali Koreya lideri Kim Çen İnlə baş tutan gprüşdən bir neçə dəqiqə əvvəl "Twitter"dən verdiyi açıqlamada, "Ticarət və iqtisadiyyat üçün canla-başla çalışan möhtəşəm Larri Kadlou az əvvəl infarkt keçirdi. Hazırda tibbi mərkəzdə müşahidə alıtndadır" yazıb.
 
Bundan əvvəl Trampa Kanadada təşkil edilən G7 liderlər sammitində yoldaşlıq edən Kadlou son açıqlamasında Kanada Baş naziri Castin Trüdonu xəyanətdə günahlandıaraq, "Bizi arxadan vurdu" demişdi.
 
Banu//Faktor.az


loading...
loading...

Redaktorun seçimi