Tramp və Kim arasında tarixi zirvə - İmzaladılar

81 dəfə oxunub
Tramp və Kim arasında tarixi zirvə - İmzaladılar
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Sinqapurda keçirilən sammitdə ikitərəfli görüşlər keçirib və yekun sənədi imzalayıblar. 

Faktor.az xəbər verir ki, tarixdə ilk dəfə Şimali Koreya və ABŞ liderlər görüşüb. 40 dəqiqə davam edən ikili görüş zamanı Şimali Koreya lideri dünyanın bundan sonra əsaslı dəyişikliklərə şahidlik edəcəyini bəyan edib. Tramp isə öz növbəsində Koreya yarımadasının nüvəsizləşdirilməsilə bağlı prosesi tezliklə başladacaqlarını deyib.
 
"İkitərəfli dialoq üçün böyük əmək sərf edilib. Dünya üçün olduqca təhlükəli və böyük problemin öhdəsindən gəlmək qərarı vermişik", – deyə Tramp bildirib. O, Kim Çen Inı Ağ Evə dəvət edəcəyini də deyib. 
 
Banu//Faktor.az


loading...
loading...

Redaktorun seçimi