Ərdoğan regionla bağlı planlarını açıqladı

Hit: 430
Ərdoğan regionla bağlı planlarını açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada açıqladığı seçki platformasında hökumətin gələcək regional siyasətindən söz açıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Ərdoğan bildirib ki, Ankara bundan sonra da beynəlxalq strukturlar, o cümlədən Avropa İttifaqı ilə iqtisadi-siyasi əlaqələri möhkəmləndirəcək. 

Türkiyə lideri fələstinlilər azadlığa qovuşana və müstəqil dövlət qurana kimi, Qüdsdə sülh və sabitlik bərqərar olana kimi Ankaranın Fələstinə dəstəyi davam etdirəcəyini vurğulayıb.

Ərdoğan eyni zamanda Suriya münaqişəsinə toxunub. Türkiyə lideri Suriya torpaqları terrorçulardan tam təmizlənənə kimi Türkiyə ordusunun Suriyada əməliyyatları davam etdirəcəyini diqqətə çatdırıb.//oxu.az









Redaktorun seçimi