Əli otelə qayıdanda şoka düşdü - Təklif etdiyi sevgilisi...

4077 dəfə oxunub
Əli otelə qayıdanda şoka düşdü - Təklif etdiyi sevgilisi...
Antalyada mədən mühəndisi olan iranlı Əli Rezegholi  sevgilisi Fereshteh D.-nin  200 min lirə oğurladığını bildirib. 
 
Faktor.az türkiyə mətbuatına istinadla xəbər verir ki, mədən mühəndisi Ali Rezegholi qısa zaman əvvəl tanış olduğu iranlı sevgilisi ilə 1.5 ay əvvəl İrandan Vana, daha sonra Antaliyaya gəlib.
 
Mayın 4-ü saat 01:00-da sevgilisinə dənizə getməyi təklif edib. Yuxusu gəldiyini bildirən sevgilisi onunla gəlmədiyi üçün Rezegholi qonşusu ilə dənizə gedib. Dənizdə olduğu müddətdə sevgilisi ilə dəfələrlə telefon vasitəsilə əlaqə saxlayıb. Evə döndükdə isə o sevgilisini evdə tapmayıb.
O, Fereshtehi hər yerdə axtarıb, lakin tapmayıb. Bundan sonra isə məlum olub ki, sevgilisi ilə birlikdə evdə olan 40 min dollar, 5 min avro ilə 800 min türk lirəsinin də yoxa çıxıb.
Hadisədən dərhal sonra Əli Rezegholi Antalya polisinə Fereshteh barəsində şikayət edib. 
 
"Bizim evlilik xəyallarımız var idi. İlk öncə ürəyimi sonra isə pulumu oğurlayıb getdi. Bir an öncə onun tapılmasını istəyirəm ki, gözlərinin içinə baxıb, bunu nə üçün etdiyini soruşum" deyə Əli bildirib.
 
 


loading...
loading...

Redaktorun seçimi