Cənubi Koreya Şimali Koreyanın yüksək səviyyədə görüşməsini rədd etməsinə reaksiya verib

Hit: 457
Cənubi Koreya Şimali Koreyanın yüksək səviyyədə görüşməsini rədd etməsinə reaksiya verib

Cənubi Koreya rəsmiləri KXDR-in 16 may tarixində Panmunjom sərhəd ərazisində yüksək səviyyəli görüş keçirməkdən imtina etməsindən təəssüfləndiyini bildiriblər.

Bu barədə Koreya Respublikası rəsmilərinin məlumatında deyilir. "Cənubi Koreyanın və ABŞ-ın illik təlimlərindən əlaqqədar olaraq Şimali Koreya ilə yüksək səviyyədə danışıqların təxirə salınmasına dair birtərəfli qərar təəssüf hissi doğurur”.

Bəyanatda bildirilir ki, KXDR-in danışıqlar aparmaqdan imtina etməsi iki ölkə liderlərinin əldə etdiyi razılaşmaların  məqsədinə uyğun deyil.

Daha əvvəl Şimali Koreyada ABŞ-Cənubi Koreyalı təlimlərinin "Şimali Koreyanın işğalı və özünə qarşı təxribat" olduğunu bildirib.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi