BMT Təhlükəsizlik Şurasının təcili iclasında gərginlik

446 dəfə oxunub
BMT Təhlükəsizlik Şurasının təcili iclasında gərginlik

ABŞ-ın BMT yanında Daimi Nümayəndəsi Nikki Heyli, Fələstin səfiri Riyad Mansurun çıxışından əvvəl təşkilatın Təhlükəsizlik Şurasının iclasını tərk edib.

BMT Təhlükəsizlik Şurasının iclasında, Heyli Qəzza zolağında baş verən qarşıdurmaların ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar olduğunu təkzib etdi.

"Səfirliyin köçürülməsi  sülh danışıqlarına heç bir şəkildə təsir etmir", - deyə o bildirib. Heyli Həmas hərəkatının Qəzza Zolağında şiddətə görə günahlandırdı.

Daha əvvəl bildirildi ki, BMT Təhlükəsizlik Şurası Qəzza Zolağında vəziyyətlə bağlı müzakirələr aparıb.

Kamran Əliyev / Faktor.az


loading...
loading...

Redaktorun seçimi