Tesla-dan yeni dünya rekordu: gücünə inanmayacaqsınız - gücünə inanmayacaqsınız - VİDEO

133 dəfə oxunub
Tesla-dan yeni dünya rekordu: gücünə inanmayacaqsınız - gücünə inanmayacaqsınız - VİDEO
İlon Maskın yaratdığı Tesla şirkəti yeni rekorda imza atıb.
 
Faktor.az xəbər verir ki, şirkətin yeni istehsal etdiyi "Model X" adlı elektrikli avtomobili 130 ton ağırlığı olan təyyarəni dartıb.
 
Təcrübə Melburn hava limanında gerçəkləşdirilib. Teslanın 100 kVt•saat gücündə olan 2,5 ton ağırlığında avtomobil 130 tonluq Qantas Airways şirkətinə məxsus "Boeing 787-9" təyyarəsini 300 metr çəkib.
 
Qantas şirkəti sözügedən hadisənin videogörüntüsünü rəsmi Youtube kanalına yerləşdirib.
 
Qeyd edək ki, bu Teslanın ilk belə təcrübəsi deyil. Şirkət 2016-cı ildə də "Tesla Model S P90D" markalı avtomobilini hava limanında "Boeing 737-800" təyyarəsi ilə yarışdırmışdı.



Redaktorun seçimi