Ekspert: - "Ermənistan Moskvanın təsirindən qurtulmalıdır"

Hit: 488
Ekspert: - "Ermənistan Moskvanın təsirindən qurtulmalıdır"

Ermənistana Moskvanın nüfuzundan qurtulmaq lazımdır.

Faktor.az-ın xəbərinə görə, bunu "Amerika Səsi" dövlət radiostansiyasına verdiyi müsahibədə Amerika Xarici Siyasət Şurasının eksperti Stephen Blank bildirib.

"Ermənistanda yaşanan problemlərin əksəriyyəti Rusiyanın respublikaya etdiyi təsirdir. Ermənistan heç vaxt Rusiyaya düşmən olmayacaq, amma İrəvan Moskvadan daha müstəqil ola bilər. Bu, Paşinyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün lazımdır", - Blank deyib.

Öz növbəsində ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Olqa Oliker Soçidə Paşinyan-Putin görüşünə münasibət bildirərkən deyib ki, Ermənistan Rusiyanın dostu olub və dost kimi qalacaqlarını vurğulayıb.

"Xarici siyasət baxımından böyük dəyişikliklər gözləmək üçün heç bir səbəb yoxdur və hər iki lider sadəcə, olaraq bu planda heç bir şeyin dəyişməyəcəyini yenidən vurğulamaq istəyirlər", - deyə Oliker bildirib.

Onun sözlərinə görə, Ermənistandakı "məxməri inqilab" dan sonra Rusiya Ermənistan ilə yaxın münasibətlərin qorunmasında maraqlıdır.

Kamran









Redaktorun seçimi