Netanyahu: - "Ordu və təhlükəsizlik qüvvələri həlledici addımlar atmalıdır"

Hit: 642
Netanyahu: - "Ordu və təhlükəsizlik qüvvələri həlledici addımlar atmalıdır"

İsraildə polis, təhlükəsizlik və ordu geniş miqyaslı etirazların başlaması ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Faktor.az-ın məlumatına görə, bu barədə baş nazir Binyamin Netanyahunun mətbuat xidməti məlumat yayıb.

Netanyahu İsraildə hərbi etirazçıların toqquşmalarından sonra təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirib. O, "Ordu və təhlükəsizlik qüvvələri İsrail sərhədlərinin pozulmasının qarşısını almaq üçün həlledici addımlar atmalıdır", - deyə bildirib.

Qeyd edək ki, Qəzza zolağında İsrail qoşunları ilə toqquşmalarda 55 fələstinli həlak olub.

Kamran









Redaktorun seçimi