Zaxarova: Trampın və Makronun İran məsələsi ilə bağlı düşüncələri Rusiyanı narahat edir

Hit: 577
Zaxarova: Trampın və Makronun İran məsələsi ilə bağlı düşüncələri Rusiyanı narahat edir

"Trampın və Makronun İran məsələsi ilə bağlı düşüncələri Rusiyanı narahat edir".

Faktor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova brifinqdə Moskvanın ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makronun İran ilə nüvə razılaşması barədə bəyanatlarından ciddi narahat olduqlarını söyləyib.

İran barədə olan razılaşma əlaqdar Fransa və ABŞ prezidentlərinin çıxışı bizi çox narahat edir. Onun sözlərinə görə, Rusiya dəfələrlə bəyan etmişdi ki, bu sənədə düzəlişlər və ya əlavələr etmək üçün ehtiyac duymur. Fransa prezidenti Emmanuel Macron Parisin nüvə razılaşmasınından çıxmayacaq niyyəti olmadığını söyləyib.

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını bərpa edəcəyi təqdirdə İrana "böyük problemlər" vəd edib.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi