Macron Suriyadakı beynəlxalq koalisiyaya dəstəyi artıracağını söyləyib

320 dəfə oxunub
Macron Suriyadakı beynəlxalq koalisiyaya dəstəyi artıracağını  söyləyib

Macron Suriyadakı beynəlxalq koalisiyaya dəstəyi artıracağını  söyləyib

Faktor.az-ın xəbərinə görə Fransa prezidenti Emmanuel Makron, Parisin, Suriyadakı beynəlxalq koalisiya fəaliyyətinə töhvəsini artıracağını söyləyib.

Bunu Vaşinqtonda keçirilən mətbuat konfransında deyib. "Biz tamamilə qərarlıyıq və koalisiyaya dəstəyimizi davam etdirəcəyik, beynəlxalq koalisiyanın beynəlxalq səviyyədə iştirakını artıracayıq. Xüsusilə Fərat çayının şərqindəki Suriyanın şimalında Amerikanın mövcudluğuna dəstək vermək üçün amerikalılarla əməkdaşlığa qərarlıyam ", deyə Makron bildirib.

Daha əvvəl, Fox News'e verdiyi müsahibədə Macron, "yeni bir ölkə qurulması" üçün "İslam dövləti" ni məğlub edəndən sonra da  ABŞ və onun müttəfiqləri Suriyada qalmalıdır deyib.

Kamran Əliyev / Faktor.az



Redaktorun seçimi