Azərbaycanda Britaniya filmləri festivalı keçiriləcək

351 dəfə oxunub
Azərbaycanda Britaniya filmləri festivalı keçiriləcək

Azərbaycanda 1-6 may tarixlərində IV Britaniya Film Baharı Festivalı keçiriləcək. 

Faktor.az-ın məlumatına görə, bunu "British Council Azerbaijan"ın təmsilçisi Dilarə İbrahimova deyib.

Onun sözlərinə görə, festival  "British Council",  Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzinin əməkdaşlığı çərçivəsində keçiriləcək.

Festivalda 8 ən yaxşı Britaniya fili nümayiş olunacaq.

"British Council Azerbaijan"ın direktoru Elizabet Uayt isə deyib ki, bu festivalın keçirilməsində məqsəd Britaniya filmlərini, film rejissorlarını Azərbaycan tamaşaçılarına tanıtmaq, habelı innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq, yaradıcılıq mübadiləsi üçün imkanlar axtarıb tapmaqdır.

Britaniyanın Azərbaycandakı səfiri Karol Krifts festivalla bağlı fikirlərini bölüşərək Britaniya filmlərinin 2017-ci ildə böyük müvəffəqiyyətə nail olduğunu və auditoriyasının genişləndiyini deyib.



Redaktorun seçimi