Meksikada atəş nəticəsində 5 uşaq xəsarət alıb

Hit: 448
Meksikada atəş nəticəsində 5 uşaq xəsarət alıb

Meksikada atəş nəticəsində 5 uşaq xəsarət alıb.

Faktor.az-ın xəbərinə görə, atışma nəticəsində Meksikanın Tamaulipas əyalətindəki məktəbin beş şagirdi yaralanıb. Qeyd edək ki, orta məktəb binasının girişində səhər saatlarında bir qrup silahlı şəxs məktəbliləri atəşə tutub. Yaralıların hamısı xəstəxanaya aparılıb. Polis hücumda iştirak edən şübhəlilərin nəzarətə alındığını ifadə edib, zərər çəkənlər arasında üç kişi və iki qadın da var idi. Təcavüzkarların məktəbə hücum məqsədi naməlum olaraq qalır. Meksikanın Guerrero əyalətində təhlükəsizlik qüvvələri və iddia edilən cinayətkarlar arasında toqquşma zamanı 16 nəfər həlak olub.

Kamran Əliyev // Faktor.az

 









Redaktorun seçimi