Prezident: - "Mənim elə bir problemim yoxdur"

Hit: 548
Prezident: - "Mənim elə bir problemim yoxdur"

Ədalət və İnkişaf Partiyasının sədri, prezident Rəcəb Tayib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.

Faktor.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan "Abdullah Gül namizəd olacaqmı" sualına elə bir problemi olmadığını bildirib: “Mənim elə bir problemim yoxdur. 5 mayda meydanda kimlərin olacağı ortaya çıxacaq. Dolayısıyla biz də çıxanları görəcəyik və yolumuza davam edəcəyik. Biz hər şeyimizi, ssenarimizi özümüzə görə müəyyənləşdirərik, qarşımızdakılar bizi nəzərə alıb hazırlaşsın” - deyə o, əlavə edib.

 









Redaktorun seçimi