Erməni katalikosdan ŞOK iddia: - "Türkiyə minlərlə kilsəni, monastrı ermənilərin idarəetməsinə verməlidir"

254 dəfə oxunub
Erməni katalikosdan ŞOK iddia: - "Türkiyə minlərlə kilsəni, monastrı ermənilərin idarəetməsinə verməlidir"

Kilikiya katalikosu I Aram: "Türkiyə minlərlə kilsəni, monastr və məktəbləri ermənilərin idarəetməsinə verməlidir"

 

"Erməni genosidini sözdə qəbul etmək azdır, xristian kilsələri və monastrlarını da geri qaytarmaq lazımdır". Sputnik Ermənistan-ın məlumatına görə, bu sözlər Kilikiya katalikosu I Aramın Livanın "Le Orient – Le Jour" qəzetində yayımlanan xalqa müraciətində əksini tapıb.

"Türkiyənin özündə belə, vətəndaş cəmiyyətində heç kim qondarma genosid barədə "Birinci Dünya Müharibəsində baş verən kədərli hadisələr" demir. Artıq çoxdandır bunu öz adı ilə çağırırlar" — deyə müraciətdə bildirilir.

Kilikiya katalikosu deyib ki, erməni xalqı, Ermənistan və diaspor dünyanı qondarma genosidlə bağlı "ədalət"ə çağırır. O, "erməni xalqınını qanuni tələbi"ni də səsləndirib: "İndi erməni xalqının qanuni tələbi təkcə genosidin qondarma tanınması deyil, həm də təzminatın ödənilməsidir".

I Aram Türkiyəyə qarşı digər iddialarını da dilə gətirib: "Mən bir dini lider olaraq soruşuram: Niyə minlərlə kilsə, monastr və məktəb Türkiyə hakimiyyətinin qanunsuz mülkiyyətinə daxildir? Niyə Türkiyənin Konstitusiya Məhkəməsi, hətta Kilikiya erməni katalikosluğunun Sisdəki (hazırda Adana vilayətinin Kozan şəhəri — red.) erməni kilsəsinin tarixi qərargahının əmlakını özünə qaytarmaq barədə şikayətinə baxmır?"

O bəyan edib ki, sözügedən kilsə və monastrların ermənilərə qaytarılması təzminat yolunda ilk addımlar olmalıdır. Kilikiya katalikosu "erməni qaçqınlarını, yetimləri bütün dünyaya nümunə olacaq ləyaqət və hörmətlə qəbul etdiyi üçün" "ərəb bacı və qardaşlarına, müsəlmanlara" sonsuz təşəkkürünü bildirib.

I Aram iddia edib ki, ərəb ölkələri tez-tez Osmanlı imperiyası tərəfindən onların xalqlarına qarşı edilən zülmləri xatırlayır. Erməni katalikos bir az da irəli gedərək iddia edib ki, livanlılar və ermənilər heç vaxt Osmanlı imperiyasının hərbi naziri Ənvər Paşanın bu sözlərini unutmayacaq: "Osmanlı imperiyasını ermənilərdən və livanlılardan təmizləmək lazımdır. Birinci onları qılıncla məhv eləməliyik, ikinci aclıqla".

"1915-18-ci illərin Böyük aclığı dövründə Livan əhalisinin yarısının aclıqdan həyatını itirməsi unudulmamalıdır. Birlikdə yaşamaq, əgər o, ədalətə əsaslanırsa, inkişaf və sülhün mənbəyidir. Biz bunu Türkiyədən gözləyirik" — deyə katalikosun bəyanatında bildirilir.

Aprelin 20-də bütün ermənilərin katalikosu II Qareginlə Kilikiya katalikosu I Aram Ermənistanda baş verən etiraz aksiyalarını müzakirə ediblər. Həmin gün I Aram Livanın Antilias şəhərindəki qərargahını tərk edərək bir neçə saatlığa Yerevana gedib.

Hər il dünya erməniləri 24 apreldə qondarma "erməni soyqırımı"nı qeyd edirlər. Onlar artıq dünyanın 25 ölkəsinə bu saxta iddianı qəbul etdirməyi bacarıblar. Türkiyə isə 1915-ci ildə Osmanlı imperiyasında baş verənlərin "erməni soyqırımı" adlandırılmasına qarşıdır və həmin vaxt ermənilərə qarşı hər hansı soyqırımın həyata keçirildiyinin arxiv sənədləri ilə təsdiqini tapmadığını bəyan edir.

Faktor.az


loading...
loading...

Redaktorun seçimi