ABŞ-da çılpaq kişi 8 nəfəri güllələyib - FOTOLAR

Hit: 488
ABŞ-da çılpaq kişi 8 nəfəri güllələyib - FOTOLAR

Tennessee ştatının Nashville şəhərində çılpaq kişi "Waffle House" adlı restorana silahlı basqın edərək 4 nəfəri tüfəngdən güllələyib.

Faktor.az xəbər verir ki, bu barədə ABŞ polisi məlumat yayıb.

Basqınçı şəhər ətrafında Antioch adlı ərazidə yerləşən restorana yerli vaxtla gecə saat 03:25-də (12:25 Bakı vaxtı ilə) hücum çəkərək yarımavtomatik tüfəngdən atəş açıb.

Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Yaralananlardan biri atəş açanın əlindən tüfəngini vurub yerə sala bilib, bundan sonra həmin basqıncı hadisə yerindən qaçıb.

Polis İllinois ştatından olan Travis Reinking adlı 29 yaşlı şübhəlinin axtarışına başlayıb.

 

1








Redaktorun seçimi