ABŞ Ermənistanı təmkinli olmağa çağırıb

Hit: 409
ABŞ Ermənistanı təmkinli olmağa çağırıb

ABŞ-ın Ermənistandakı səfirliyi aprelin 13-dən etibarən paytaxt İrəvanda keçirilən etiraz aksiyaları barədə bəyanat yayıb.

Faktor.az-ın məlumatına görə, bəyanatda vəziyyətin normallaşması üçün siyasi dialoqun vacibliyi vurğulanıb.

“Biz hökuməti təmkinli olmağa və dinc nümayişlərə imkan verilməsinə şərait yaratmağa çağırırıq. Sərbəst toplaşmaq azadlığını həyata keçirmək istəyənlərə isə məsuliyyətli olmağı və hər cür zorakılıqdan çəkinməyi, gərginliyin kəskinləşməsinin qarşısını almağı tövsiyə edirik”, - deyə bəyanatda deyilir.

ABŞ səfirliyi həmçinin jurnalistlər və nümayişçilərə qarşı zor tətbiq olunmasına görə narahatlıq ifadə edib. /Teleqraf/









Redaktorun seçimi