Kabildə partlayış zamanı 57 nəfər ölüb

Hit: 529
Kabildə partlayış zamanı 57 nəfər ölüb

Kabildə partlayış nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.

 

Faktor.az-ın məlumatına görə, bu barədə "1TV" telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Partlayış nəticəsində 119 nəfər yaralanıb.

 

Bundan əvvəl partlayış nəticəsində 48 nəfərin öldüyü, 112 insanın yaralandığı bildirilib.

 

Qeyd elək ki, Kabildə seçici qeydiyyat mərkəzi qarşısında terrorçu-kamikadze tərəfindən törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. /APA/









Redaktorun seçimi