Misirdə Roma imperatorunun büstü tapıldı

Hit: 448
Misirdə Roma imperatorunun büstü tapıldı

Misirin cənubunda yerləşən qədim Kom-Ombo məbədində arxeoloqlar tərəfindən aparılan təmir işləri zamanı Roma imperatoru Mark Avreliyanın büstü tapılıb.

Faktor.az xəbər verir ki, bu barədə ölkənin Maddi Mədəniyyət İşləri üzrə Nazirliyi məlumat yayıb.

Məlumata görə, artefaktın nadirliyi ondan ibarətdir ki, bu imperatorun heykəltaraşlıq təsvirlərinə Misir ərazisində demək olar, rast gəlinməyib.

Qədim Misir Departamentinin rəhbəri Ayman Aşmauinin sözlərinə görə, hökmdarın qıvrımsaçlı və saqqalı başının təsvir edildiyi tapıntının ölçüləri 40/34 santimetrdir. Həmçinin o da qeyd olunur ki, onun yaxınlığında qumdaşından düzəldilmiş başsız heykəl hissəsi tapılıb. Hazırda alimlər bu tapıntıları tutuşdurmağa çalışır. /Report/









Redaktorun seçimi