Yəmənin cənub qərbində hava zərbələri nəticəsində iyirmi insan həlak olub

Hit: 618
Yəmənin cənub qərbində  hava zərbələri nəticəsində iyirmi insan həlak olub

Faktor.az sakinlərin dediyinə istinadən xəbər verir ki, Cümə günü  Səudiyyə Ərəbistanı hərbi qüvvələrinin başçılığı altənda koalisiya qüvvələri Yəmənin cənub-qərbinə endirdiyi zərbələr nəticəsində iyirmi insan həlak olub.

Yerli sakinlərin dediyinə görə Taiz əyalətinin cənubunda 20 sərnişin daşıyan avtomobil zərbələrə məruz qalıb. Sakinlərin əlavəsinə görə  altı cəsədin kimliyi müəyyənləşib, ancaq qalan cəsədlər tanınmaz hala düşüb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın nümayəndəsi qeyd edib ki, onlar hesabatı incəliyəcəklər, lakin bu barədə əlavə şərh verməyib. O deyib ki, onlar bu hesabata ciddi yanaşırlar. Koalisiya qüvvələri 2015-ci ildə  İran yönümlü Husilərin beynəlxalq aləm tərəfindən tanınan prezidentinin devrilməsi nəticəsində onlar Yəmənin vətəndaş müharibəsinə müdaxilə ediblər.

Hal-hazırda Husilər paytaxt Sənayə nəzarət edirlər. Üç il davam edən vətəndaş müharibəsində  koalisiya qüvvələri Husiləri nişan alarkən dinc sakinlərə zərbə endiriblər. Sakinlərin və tibb işçilərinin dediyinə görə  Taiz əyalətinin şimalında  Husi döyüşçüləri bir qadın olmaqla iki insanı öldürüb, dörd insanı yaralayıblar. 

BMT-yə istinadən Yəməndə baş verən müharibə 10.000 insanın həyatına son qoyub,  2 milyondan çox insanı evindən didərgin salıb və  Yəməni aclığa sürükləyib.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi