NATO-nun Rusiyanı təcrid etmə planı yoxdur

Hit: 559
NATO-nun Rusiyanı təcrid etmə planı yoxdur

Faktor.az-ın verdiyi məlumata görə  NATO-nun Baş KatibI Yens Stoltenberq bəyan edib ki, onların Rusiyanı təcrid etmək üçün planı və niyyəti yoxdur.

Stoltenberq əlavə edib ki,  NATO Rusiyanı təcrid etmək istəmir, Rusiya bizim qonşumuzdur.

O Almaniyanın Moskva ilə ikitərəfli münasibətlərin tərəfdarı olduğunu alqışlayıb. NATO-nun Baş Katibinin sözlərinə əsasən Rusiya ilə danışıqların aparılması çətindir, amma bu NATO üçün vacibdir.

Bundan əvvəl Stoltenberq bildirmişdi ki, Qərbin zərbələri Rusiya və İran üçün xəbərdarlıq ola bilər.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi