Ermənistanda prezident müxalifətlə görüşüb

281 dəfə oxunub
Ermənistanda prezident müxalifətlə görüşüb

Ermənistan prezidenti Armen Sarkisyan Yerevanın Respublika meydanında keçirilən etiraz aksiyasına gələrək müxalifət lideri Nikol Paşinyanla görüşüb.

 

Faktor.az-ın məlumatına görə, görüşdən sonra A.Sarkisyan etirazçılarla dialoqun aparılacağına ümidvar olduğunu bildirib.

 

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

 

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir. (APA)


loading...
loading...

Redaktorun seçimi