Tramp iyul ayında Britaniyaya səfər edə bilər

Hit: 574
Tramp iyul ayında Britaniyaya səfər edə bilər

ABŞ prezidenti Donald Tramp iyul ayında Böyük Britaniyaya səfər edə bilər.

Faktor.az-ın Daily Mail-a istinadən verdiyi xəbərə görə ABŞ prezidenti Donald Tramp İyul ayında Britaniyaya səfər edə bilər.

Qəzetin verdiyi məlumata əsasən Tramp iyulun 11-12-si NATO-nun sammitində iştirak etmək üçün Brüsselə gedəcək. Sammitdən sonra isə o, Britaniyaya səfər edəcək.

Gözlənildiyi Kimi Tramp Birləşmiş Kralılığın Baş Naziri Tereza Mey ilə görüş keçirəcək. Tramp həmçinin Kraliça II YelIzaveta və Kral ailəsinin digər yüksək səviyyəli üzvləri ilə də görüşləri planlaşdırılır.

Trampın Britaniyaya səfəri bir neçə gün davam edəcək. Nəşrin məlumatına əsasən Trampın səfəri zamanı vəzifəli şəxslər etirazların minumuma endirilməsinə çalışacaqlar. Yanvar ayında Tramp Britaniyaya səfərini təxirə salmışdı.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi