Ermənistanda müxalifət erkən seçki tələb edir

Hit: 498
Ermənistanda müxalifət erkən seçki tələb edir

Faktor.az verdiyi məlumata görə İrəvanda müxalifət nümayəndələri etirazın səkkizinci günü eks pezident Serj Sarkisyanın baş nazir olmasına etiraz ediblər və erkən parlament seçkiləri tələb ediblər.

Çərşənbə axşamı Parlament Serj Sarkisyanın baş nazir olması üçün səs verib. Sarkisyan 2008-ci ildən prezidentdir və o belə görünür ki, öz səlahiyyətlərini saxlamaq niyyətindədir. 

2015-ci ildə baş tutan referendumda baş nazirə çoxlu sayda səlahiyyətlər verildi, eyni zamanda isə president  ikinci plana keçdi. Sarkisyanın müttəfiqi olan Armen Sarkisyan keçən həftə parlament tərəfindən seçilib və and içmə mərasimi keçirilib.

Cümə günü müxalifət nümayəndələri  İrəvana yürüş edərək bayraqlarını dalğalandırıb və  “Ayağa qalx, Sarkisyana yox de” şüarı səsləndiriblər.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi