Şimali Koreya lideri nüvə və raket sınaqlarını dayandırdığını elan etdi

Hit: 518
Şimali Koreya lideri nüvə və raket sınaqlarını dayandırdığını elan etdi

Faktor.az-ın məlumatına görə Şimali Koreya öz nüvə və raket sınaqlarını dərhal dayandıracaq və atom silahının sınağı keçirilən ərazini ləğv edəcək və bununla Koreya yarımadasında iqtisadi və sülhə nail olacaq.

Bu qərar gələn həftə Şimali və Cənubi Koreya arasında baş tutacaq sammit ərəfəsində verilib. Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbər verir ki, Koreya lideri Kim Çen In bəyan edib ki, onlar nüvə silahına və qitələrarası ballistik raketlərə ehtiyac duymurlar, çünki   artıq nüvə silahlanmasını tamamlanıb.

Bu xəbəri ABŞ prezidenti alqışlayıb və onunla görüşə hazır olduğunu qeyd edib. Şimali Koreya nüvə silahı proqramını ABŞ-ın hərbi əməliyyatlarına qarşı  inkişaf  etdirirdi.

Test sınaqları Tramp və Kim arasında gərginliyi artırmışdı, ancaq Şimali Koreya liderinin yeni il ərəfəsində etdiyi çıxışı bu gərginliyi azaltmağa yönəlib.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi