Putinin limuzini Trampın “Canavar”ını "döydü" - VİDEO

Hit: 1073
Putinin limuzini Trampın “Canavar”ını "döydü" - VİDEO

Rusiya lideri Putinin yeni limuzini bütün təhlükəsizlik testlərindən uğurla keçib.

Faktor.az xəbər verir ki, bununla da Putin yeni avtomobilini Trampdan əvvəl təhvil almış olacaq.

Bir müddət mətbuatın gündəmini “limuzin savaşları” başlıqları ilə ələ alan iki avtomobilin Rusiyaya aid olanının təmsilçisi Kortej/Kortezh layihəsi tamamlanmaq üzrədir. Rusiya Sənaye və Ticarət naziri Denis Manturovun “İzvestiya” qəzetinə verdiyi açıqlamaya görə, Rusiya Prezidenti Putinin yeni limuzini yaxın günlərdə bir sıra testlərdən keçirilib.

Putinin bu yeni “sarayı” olacaq avtomobilinin içi dəri, taxta və metaldan dizayn edilib. 4 nəfərlik arxa salonu olan limuzinin xarici görünüşü isə 1989-cu il modeli ZIL ilə Rolls-Roysun versiyasına olduqca bənzərdir.

ABŞ prezidenti Donald Tramp isə artıq çoxdan prezident seçilməsinə baxmayaraq, hələ də yeni xidməti maşınına otura bilməyib. Böyük bir problem çıxmayacağı təqdirdə Putin yeni “oyuncağını” Trampdan qabaq təhvil almış olacaq.

Xatırladaq ki, Trampın “Canavar” adı verilən yeni avtomobilinin yay ayalarında hazır olması gözlənilir. “The Beast” (Canavar) adı verilən limuzin ABŞ avtomobil nəhəngi “General Motors” tərəfindən üç ilə hazırlanıb. 8 ton ağırlığındakı avtomobilin qapıları 20 santimetrlik zirehlərdən düzəldilib. Hətta maşına bomba atılsa belə, Tramp maşından sağ çıxa bilər. (Teleqraf)

 









Redaktorun seçimi