Qəzzada dərman çatışmazlığı yaşanıb

Hit: 442
Qəzzada dərman çatışmazlığı yaşanıb

Qəzzada İsrail hücumlarında yaralı sayının artması üzündən tibbi avadanlıqlar və dərman çatışmazlığı yaşanıb.

Faktor.az-ın türk mətbuatına istinadən məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi Əczaçılıq iradəsi müdiri Münir əl-Berş açıqlamasında Qəzzada yaralı sayının artması səbəbilə dərman və tibbi avadanlıqlarla bağlı sıxıntılarının olduğunu bildirib: "Biz bu dəqiqə ən əsas dərmanların tamamən bitməsi təhlükəsiylə qarşı qarşıyayıq", - deyə əlavə edib. 

Mühasirədə olan Qəzzanın səhiyyə sisteminin xilas olunmasının vacib olduğunu vurğulayan Berş bütün beynəlxalq səhiyyə təşkilatlarına "təcili yardım" çağırışı edib.

 









Redaktorun seçimi