Ən arzuolunan vətəndaşlığı olan ölkələ - REYTİNQ

403 dəfə oxunub
Ən arzuolunan vətəndaşlığı olan ölkələ - REYTİNQ

Fransa vətəndaşlığı dünyanın ən arzuolunan vətəndaşlığı elan olunub.

Faktor.az xəbər verir ki, bu haqda “Henley& Partners” konsaltinq şirkəti reytinq cədvəli hazırlayıb.

İlk üçlükdə müvafiq ardıcıllıqla Fransa, Almaniya və İslandiya qərarlaşıb. Siyahıda sonuncu üç yeri İraq, Əfqanıstan və Somali tutur.  

MDB ölkələrindən ən yaxşı nəticəni Rusiya göstərib. Ölkə ötən ilki nəticəni təkrarlayaraq, 63-cü pillədə qərarlaşıb. 

Azərbaycan siyahıda 110-cu pillədə qərarlaşıb. Qonşu Türkiyə 83-cü, Gürcüstan isə 84-cü pillədə göstərilib.

Reytinq tutulan zaman, iqtisadiyyat səviyyəsi, insan potensialının inkişafı, ictimai asayış, sabitlik, vizasız səyahət imkanları və digər daxili-xarici faktorlar nəzərə alınıb.



Redaktorun seçimi