Ermənistanda müxalifət “məxməri inqilab” elan etdi - Dövlət binaları blokadada - VİDEO

306 dəfə oxunub
Ermənistanda müxalifət “məxməri inqilab” elan etdi - Dövlət binaları blokadada - VİDEO

Ermənistanda Serj Sarkisyan əleyhinə keçirilən aksiyanın təşkilatçısı olan müxalifətçi deputat Nikol Paşinyan ölkədə “qeyri-zorakı məxməri inqilab”ın başladığını bəyan edib.

Faktor.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, deputat bildirib ki, ölkədə inqilabi situasiya yaranıb. 

Mitinqin keçirildiyi meydana təxminən 3 min insan toplaşıb.

Paşinyanın sözlərinə görə, tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir. Hazırda nümayişçilər Baş Prokurorluq və bir sıra nazirliklərə girişi bloklayıblar. 

Hazırda parlamentdə Serj Sarkisyanın baş nazir postuna seçilməsi məsələsində dair xüsusi iclas keçirilir. 



Redaktorun seçimi